Vaxt.Az

Almaniya prokurorluğu araşdırmalara başlayıb


 

«Volkswagen» ətrafında qalmaqal böyüyür

Almaniya prokurorluğu araşdırmalara başlayıb Almaniya prokurorları avtomobil nəhəngi «Volkswagen» şirkətinin rəhbərini də tullantı zondu ilə bağlı qalmaqal ətrafında istintaqa daxil edib.

Hans Dieter Poetsch ötən ilin sentyabrında, avtomobillərin ABŞ-da dizel tullantıları ilə bağlı sınaqlarını keçmək üçün saxtakarlıq etməsi bəlli olduğu zaman şirkətdə baş iqtisadçı vəzifəsində çalışırdı.

«Volkswagen» bildirib ki, Braunşveyqdəki prokurorlar şura üzvlərindən ikisini, cənab Poetsch və adı çəkilməyən başqa birini araşdırır.

Sentyabr ayında hazırki icraedici direktor Matias Müller söyləyib ki, şirkət dizellə çalışan avtomobillərində sınaqlardan keçmək üçün «böyük səhv» edib.

O əlavə edib ki, şirkət «Almaniya, Avropa və ABŞ hökumətləri ilə konstruktiv» əməkdaşlıq edir.

Qalmaqal - şirkətin dizellə işləyən avtomobillərinə nəticələri dəyişdirmək ehtimalı ilə sınaqlar barədə məlumat toplayan proqram yükləməsilə əlaqədardır.

Bu modellərin bəzilərində çirkləndirici azot oksidi hüquqi müəyyən edilmiş 40 dəfəlik həddən daha çox buraxılıb, nəzarət qurumu bildirib.

Şirkət bildirib ki, bütün dünyada 11 milyon belə avtomobil satıb.

 





06.11.2016    çap et  çap et