Vaxt.Az

Rejim fəallara qənim kəsilib


 

İbrahim Nuri və Əkbər Cahangiri Əhər Şəhəri İnqilab Məhkəməsinə çağırılıb

Rejim fəallara qənim kəsilib Azərbaycanlı milli-mədəni fəallar İbrahim Nuri və Əkbər Cahangiri Əhər Şəhəri İnqilab Məhkəməsinə çağırılıb. Hər iki fəalın ölkə təhlükəsizliyini pozmağa cəhd göstərməkdə ittiham olunduğu bildirilir. Çağırış vərəqəsinə əsasən fəallar noyabrın 15-də Əhər Şəhəri İnqilab Məhkəməsinə müraciət etməlidir.

Adları çəkilən fəallar iyunun 30-u «Qüds» günü ərəfəsində Əhərin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, bir neçə saat sonra sərbəst buraxılıblar.

Ötən günlərdə isə tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani Ərdəbil Məhkəməsinə çağırılıb. Noyabrın 3-də azərbaycanlı fəalın ailəsinə təhvil verilən çağırış vərəqəsində fəalın Ərdəbil İnqilab Məhkəməsinin 1-ci Şöbəsinə müraciət etməsi üçün 5 gün möhlət verilib.

 





08.11.2016    çap et  çap et