Vaxt.Az

Yaponiyada fövqəladə olay


 

Fukuoka şəhərinin mərkəzində nəhəng dəlik açılıb

Yaponiyada fövqəladə olay Yaponiyanın Fukuoka şəhərində rəsmilər şəhərin mərkəzində nəhəng dəliyin açılmasına yeni metro inşasının səbəb olduğunu bildirib.

Fukuokanın Nəqliyyat Xidməti İdarəsinin keçirilən mətbuat konfransında idarənin rəhbəri Toru Abe hadisəyə görə üzr istəyib və bildirib ki, gələcəkdə buna bənzər dağıntıların baş verməməsi üçün lazım olan bütün tədbirlər görülür.

«Biz ikinci belə halın baş verməməsi və hadisənin səbəbini müəyyən etmək məqsədi ilə təhqiqat aparırırq. Hadisəyə görə biz üzr istəyirik.» deyə Toru Abe bildirib.

Əsas dəmiryol stansiyası yaxınlığında açılan nəhəng boşluq beşxətli avtomagistralın çökməsinə səbəb olub.

20-15 metr dərinliyində deşik yol ayrıcında yerləşən binaları saxlayan sütunların görünməsinə səbəb olub və vəziyyətin daha da pisləşəcəyi təhlükəsi yaradıb.

Ərazini əhatəyə alan və yaxınlıqdakı binalardan insanları evakuasiya etdirən polis heç bir xəsarət halı barədə məlumatın olmadığını bildirib. Rəsmilər hadisənin səhər saat 5 radələrində, nəqliyyatın canlanamadığı zaman baş verməsinə görə heç kimin xəsarət almadığını bildirib.

Deşik səhərə kimi genişlənməyə davam edib və əlavə iki mərtəbə ölçüsündə də dərinləşib və sınmış borulardan axan su ilə dolub.

Fukuoka Yaponiyanın Kyuşu adasının ən böyük şəhəridir.

Şəhərin dəmiryol stansiyası əsas yol ayrıcında yerləşir.

 





08.11.2016    çap et  çap et