Vaxt.Az

Fransada «fövqəladə vəziyyət uzadıla bilər»


 

Bataclan terrorundan 1 il ötür

Fransada «fövqəladə vəziyyət uzadıla bilər» Fransada ötən il hücumlardan sonra tətbiq edilmiş fövqəladə vəziyyət uzadıla bilər, baş nazir Manuel Valls BBC-yə deyib. O «demokratiyanı qorumaq üçün» bu tədbirə ehtiyac olduğunu söyləyib.

Cənab Valls Parisdə 130 nəfərin ölümünə səbəb olmuş islamçı qiyamçıların hücumlarının ildönümündə nitq söyləyib.

Prezident Fransua Olland Paris hücumları qurbanlarının xatirəsinə həsr olunmuş lövhələrin açılış mərasimlərində iştirak edib.

Cənan Olland və Paris meri Fransa Stadionundan (State de France) Bataclan konsert zalına qədər hücum edilmiş altı məkanı ziyarət edərək qurbanları anıblar.

Cənab Olland diqqətin siyasətə deyil, qurbanların anılmasına yönəlməsi üçün məkanlarda çıxış etməyib.

Şənbə günü Bataclan konsert zalı britaniyalı müğənni Stinqin səhnəsi ilə yenidən açılıb.

Müğənni aralarında hücumdan sağ çıxanların da olduğu auditoriyaya söyləyib ki, ölənləri yad etmək və həyatı qeyd etmək lazımdır.

Konsertdən öncə özünü İraq-Şam İslam Dövləti (İŞİD) adlandıran qrupun cihadçıları tərəfindən öldürülən qurbanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

2015-ci il noyabrın 13-də bir qrup cihadçı Fransa Stadionu və bir neçə restorana hücumlar təşkil edib.

Bataclan hücum ən ölümcülü idi. Burada üç cihadçı 90 nəfəri öldürüb.

 





13.11.2016    çap et  çap et