Vaxt.Az

Hərbçilər hakimiyyətə gəlir


 

Bolqarıstandakı prezident seçkilərində general qalib gəldi

Hərbçilər hakimiyyətə gəlir Bolqarıstanın yeni prezidenti seçilib. Vaxt.az xatırladır ki, seçkinin bu gün keçirilən ikinci turunda prezident postu uğrunda Bolqarıstan Sosialist Partiyasının üzvü, Hərbi Hava Qüvvələrinin sabiq komandanı Rumen Radev və hakim «Vətəndaşlar Bolqarıstanın Avropa inkişafı uğrunda» (GERB) Partiyasının namizədi, Xalq Yığıncağının sədri xanım Tsetska Tsaçeva mübarizə aparıblar.

AzərTAc bildirir ki, «Alfa Research» və «Gallup» sosial agentlikləri «exit-pol»larının nəticələrinə görə, Rumen Radev 58,5 faiz səs toplayaraq qalib gəlib.

Rəsmi olaraq Bolqarıstanın yeni prezidentinin adı gələn həftə açıqlanacaq. Buna baxmayaraq o, rəsmi olaraq vəzifəsini yanvar ayında, hazırkı prezidentin səlahiyyətləri bitdikdən sonra icra edəcək.

 





14.11.2016    çap et  çap et