Vaxt.Az

İlham Əliyev ailəsi ilə birlikdə...


 

... seçki məntəsində səs verdilər

İlham Əliyev ailəsi ilə birlikdə... Dövlət başçısı İlham Əliyev prezident seçkilərində səs verib. APA-nın məlumatına görə, prezident xanımı Mehriban Əliyeva, qızları Leyla və Arzu ilə birlikdə 29 saylı Səbail Seçki Dairəsinin 6 saylı seçki məntəqəsinə gəlib.
Prezident İlham Əliyev səsvermə otağına daxil olub, seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb.
Respublikanın və xarici ölkələrin mətbuat orqanları, televiziya kanallarının nümayəndələri prezidentin səs verməsi prosesini izləyiblər.
M. Əliyeva, qızları Leyla və Arzu da səs veriblər.
 





09.10.2013    çap et  çap et