Vaxt.Az

Sisiyə qarşı sui-qəsd


 

Onlarla insan həbs olunub

Sisiyə qarşı sui-qəsd Misir təhlükəsizlik qüvvələri ölkə prezidenti Abdel Fəttah əl-Sisiyə qarşı iki sui-qəsd cəhdinin qarşısını alıb. APA-nın verdiyi məlumata görə, bunu bu gün Misirin baş prokuroru Nabil Sadek açıqlayıb.

Baş prokuror deyib ki, biri Səudiyyə Ərəbistanında olmaqla, iki terrorçu qrup Misir prezidentini öldürməyi planlaşdırıb. Sui-qəsd cəhdlərindən birinin əl-Sisinin Məkkədə ümrə (kiçik həcc) ziyarəti zamanı həyata keçirilməsi nəzərdə tutulub.

Misir Hərbi Prokurorluğunun istintaqını apardığı cinayət işi çərçivəsində onlarla insan saxlanılıb.

 





20.11.2016    çap et  çap et