Vaxt.Az

Merkel seçkiyə gedir


 

Almaniya kansleri marafona dördüncü dəfə qatılır

Merkel seçkiyə gedir Almaniya kansleri Angela Merkel dördüncü dəfə seçkilərə qatılacağını deyib, mühafizəkar partiya üzvləri bildirib. 62 yaşlı xanım Merkelin bu barədə bazar günü Xristian Demokratik Birliyi partiyasının mənzil-qərargahında açıqlama verəcəyi bildirilir.

Almaniyada ümümxalq seçkiləri gələn il baş tutacaq.

Rəy sorğularında xanım Merkelin reytinqləri aşağı düşsə də, onu dəstəkləyənlər hələ də az deyil.

O bu ilin əvvəlində regional seçkilərdə uduzub və populist sağçı AfD partiyasının tənqidləri ilə üzləşib.

Sorğuların nəticələrindən sonra o bildirib ki, bir neçə ştatda uduzmağına görə məsuliyyəti qəbul edir.

O 2005-ci ildən Almaniyaya rəhbərlik edir.

Almaniya qanunları istənilən şəxsin istənilən qədər rəhbər vəzifəyə seçilməsinə məhdudiyyət qoymur.

 





20.11.2016    çap et  çap et