Vaxt.Az

Təbrizdə imzatoplama kampaniyası


 

Məqsəd Ərk Qalasının dağıdılmasının qarşısını almaqdır

Təbrizdə imzatoplama kampaniyası Təbrizin Ərk Qalasının tədrici dağıdılmasının qarşısını almaq məqsədi ilə internetdə İmzatoplama Kampaniyası başladılıb.

Məlumata görə, əhalinin bütün etirazlarına rəğmən Qalanın yaxınlığında avtomobil dayanacağının tikilməsinə dair layihənin icrası üçün lisenziya verilib. Layihənin icra edilməsi ilə bağlı Təbriz Müsəllası Xeyriyyə Fondunun müdiri məlumat verdikdən sonra internetdə İmzatoplama Kampaniyasına start verilib.

Ekspertlər «qalanın ətrafında torpaq qazıntısı və inşaat işlərinin aparılması, tarixi qalanın məhv edilməsi ilə nəticələnəcək» deyə xəbərdarlıq edirlər.

Azərbaycanlı ictimai fəallar tərəfindən başladılan kampaniya Ərk Qalasının tədricən sıradan çıxarılmasının qarşısını almaq məqsədi güdür.

Kampaniya başlatmaqdan başqa parlament deputatlarına məktub da ünvanlanıb. Fəallar İran Konstitusiyasının (Anayasa) bir neçə maddəsini xatırladaraq millət vəkillərini Ərk Qalasına sahib çıxmağa çağırıblar.

Telegram kanalının adresi:

https://telegram.me/ark_sarafraz

 

Kampaniyanın Telegram qrupları:

https://telegram.me/joinchat/BxfOakEyPCwCznvqzs8wQg

 





20.11.2016    çap et  çap et