Vaxt.Az

ETTELAAT diktə etdi…


 

…Həbib Sasaniyan daha bir ay həbsdə qaldı

ETTELAAT diktə etdi… Azərbaycanlı milli-mədəni fəal Həbib Sasaniyanın saxlanma müddətinin daha bir ay uzadıldığı bildirilir. Ərdəbilli fəalın yaxınlarının sözlərinə görə, hakimlər və müstəntiqlər Təbriz ETTELAAT Şöbəsinin diktəsi əsasında fəalın qeyri-müəyyən vəziyyətdə saxlanması ilə bağlı qərar çıxarır.

Azərbaycanlı fəal 6 aydır Təbrizin mərkəzi zindanında məhkəmə qərarı olmadan qeyri-müəyyən vəziyyətdə saxlanılır. Fəalın ailəsi onun səhhətindən nigarandır.

H.Sasaniyanın 2016-cı il mayın 15-də türk fəallar Mehdi Cavadzadə, Həmid Səqəfi, Babək Avənd, İsmail Əfxəmi və Yunis Rəhimi ilə birlikdə Ərdəbildə yaxalanıb. Fəallar bir neçə gün Ərdəbil ETTELAAT Şöbəsinin təcridxanasında saxlandıqdan sonra Təbrizin mərkəzi zindanına köçürülüb. H.Sasaniyanla birlikdə yaxalanan fəallar bir müddət sonra mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb, lakin o naməlum səbəbdən hələ də həbsdə saxlanılır.

Milli Hərəkat fəalları, H.Sasaniyanın yaxalanma səbəbini onun Dağlıq Qarabağ müharibəsi ilə bağlı Güney Azərbaycanda apardığı maarifləndirmə işləri ilə əlaqədar olduğunu ehtimal edirlər.

 





22.11.2016    çap et  çap et