Vaxt.Az

Urmiya gölü dərsliklərdə


 

Təbii fəlakət Avstraliyada 10-cu siniflərin kitablarına salınıb

Urmiya gölü dərsliklərdə Güney Azərbaycanın Urmu gölü böhranı və onun gözlənilən ağır fəsadları bütün dünya ictimaiyyətinin diqqət mərkəzindədir.

Son məlumata görə, «Urmiya gölünün quruması» mövzusu, insan müdaxiləsinin ətraf-mühit böhranının yaradılma səbəbi kimi Avstraliyada 10-cu sinfin dərsliyinə düşüb.

Dərslikdə suyun intiqal edilməsi və onun ziyanlı nəticələri mövzusunu şərh etmək üçün, Urmu gölü böhranından bəhs edilir.

Qeyd edək ki, son illərdə Urmiya gölünün qurudulması məsələsi azərbaycanlıların apardığı mübarizə nəticəsində xarici və daxili mətbuatın gündəminə düşüb və artıq dünyanın müxtəlif ölkələrində sözügedən böhranla bağlı həyəcan təbili çalınır. Ekspertlər göldə yaralanan böhranı əsasən gölə tərəf axan çaylar üzərində çoxsaylı bəndlərin tikilməsi və su qaynaqlarından qeyri-elmi şəkildə istifadə etməklə əlaqələndirirlər.

 





22.11.2016    çap et  çap et