Vaxt.Az

Avropada «İsgəndər» əndişəsi


 

«Təhlükəsizliyi üçün stabilliyi pozacaq təsirə malikdir»

Avropada «İsgəndər» əndişəsi Rusiyanın «İsgəndər» və «S-400» raket komplekslərini Kalininqrad vilayətinə yerləşdirməsi Avropada təhlükəsizlik sahəsində vəziyyətə sabitliyi pozacaq şəkildə təsir göstərir.

Bunu bazar ertəsi jurnalistlər üçün keçirilən brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Con Kirbi deyib.

Onun sözlərinə görə, «İsgəndər» və «S-400»lərin Kalininqrada yerləşdirilməsi Avropanın təhlükəsizliyi üçün stabilliyi pozacaq təsirə malikdir". 

Qeyd edək ki, Rusiya Federasiyasında istehsal olunan mobil, qısaməsafəli ballistik raket sistemi olan «İsgəndər» 2006-cı ildə istehsal olunub və 2007-ci ildə Rusiya Ordusunda silahlanmaya qəbul edilib.

«İsgəndər» raketi Rusiya hərbi sənayesinin ən son yeniliklərindən biridir. Bu raketlər 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir və nüvə başlığı da daşıya bilir. «İsgəndər-M» kompleksləri NATO ölkələrinin sərəncamında olan ən mükəmməl «Patriot» və «Aegis» hava hücumundan müdafiə komplekslərinin müdafiəsini yara bilir. «İsgəndər» operativ-taktiki raketlərinin bir neçə modifikasiyası mövcuddur. Lakin onlardan ən müasiri «İsgəndər-M» raketləridir. «İsgəndər-M» raketlərinin ən mühüm özəlliyi ondadır ki, bu raketlər ballistik trayektoriya ilə hərəkət etmir. Start anından etibarən raket trayektoriyasını xaotik şəkildə dəyişir və ziqzaqvari hərəkət edir. Nəticədə ən müasir radar kompleksləri belə bu raketlərin trayektoriyasını dəqiq müəyyən edə bilmir.

 





22.11.2016    çap et  çap et