Vaxt.Az

«Traktor» doğma meydana qayıdır


 

Təbrizin Səhənd stadionu istifadəyə verilir

«Traktor» doğma meydana qayıdır Son aylarda təmir işlərinə görə qapılarını futbolsevərlərin üzünə bağlayan Təbrizin Səhənd stadionu artıq istifadəyə verilir.

Noyabrın 3-ü səhər saatlarında yayılan məlumata görə, artıq «Traktor» komandası bu gündən Səhənd stadionunda məşq keçirə biləcək. Açıqlamaya görə, komandadakı oyunçularının cümə günü keçiriləcək görüşdən öncəki hazırlıq oyunları bağlı qapılar arxasında keçiriləcək, stadiona futbolçulardan və məşqçi heyətindən başqa heç kim buraxılmayacaq.

«Traktor» komandası noyabrın 25-i yerli vaxtla saat 14:30-da Qum şəhərinin «Səba» komandasını Səhənd stadionuna qəbul edəcək.

 





23.11.2016    çap et  çap et