Vaxt.Az

«Əsas günahkar kimdir?»


 

Tanınmış politoloq Cəmil Həsənlinin məğlubiyyətini dəyərləndirdi

«Əsas günahkar kimdir?» “Bu məğlubiyyət Cəmil Həsənlinin deyil, onu qabağa verən liderlərin məğlubiyyətidir”. Bu fikirləri politoloq Qabil Hüseynli Milli Şuranın seçkidə məğlub olmasını Modern.az-a şərh edərkən bildirib.
Politoloqun fikrincə, Milli Şuranın seçkidə məğlub olmasında Cəmil Həsənlinin heç bir günahı yoxdur. Q.Hüseynli hesab edir ki, məğlubiyyəti Milli Şurada təmsil olunan qüvvələr, liderlər üzərlərinə götürməlidirlər.
“Cəmil Həsənlinin məğlubiyyətində onu təmsil edən qüvvələrin payı var. Yəni bu təkcə Cəmil Həsənlinin məğlubiyyəti deyil. Bu məğlubiyyətdəki böyük pay Cəmil Həsənlinin deyil, onu qabağa verən qüvvələrindir. Seçkiqabağı hazırlıq işləri normal getsəydi, bu sahədə əhalinin rəğbətini qazana bilsəydilər, yəqin ki Cəmil Həsənli daha böyük faizlə səs toplayardı. Əvvəlcədən düzgün qurulmadı Milli Şura.
Rüstəm İbrahimbəyov problemi, Lalə Şövkət və Rəsul Quliyev ictimai rəyi sarsıdan bəyanatlar verdilər. Cəmil Həsənlinin bu gün prezidentliyə namizəd kimi məğlub olması o demək deyil ki, Milli Şurada təmsil olunan partiyalar, liderlər yaxalarını kənara çəkməlidirlər. Məğlubiyyətdə ən böyük pay məhz onlarındır”-deyə politoloq qeyd edib.
Vaxtilə Müsavat Partiyasının aparıcı funksionerlərindən olan Qabil Hüseynli liderləri istefa etməyə çağırıb:
“Müxalifətdə dəyişikliklər mütləq olacaq. Bəzi liderlərin dəyişikliyinə ehtiyac var. Müxalifət gəncləşməlidir”.
 





11.10.2013    çap et  çap et