Vaxt.Az

«Prezident müavinlərinin ağzından vursun»


 

İsa Kəlantəri: «Gölün bərpası prosesi heç bir halda dayanmamalıdır»

«Prezident müavinlərinin ağzından vursun» Urmiya Gölünü Bərpa Mərkəzinin sədri Təbriz Universitetində «Urmiya gölü böhranının ətraf-mühitə təsiri və coğrafi nəticələri» mövzusunda keçirilən beynəlxalq konfransda Mərkəzin maliyyə problemlərinə toxunub.

«Prezidentdən xahiş edirəm ki, Azərbaycan əhalisinə verdiyi vədi yerinə yetirsin və icazə verməsin ki, müavinləri ölkənin maliyyə qaynaqlarının məhdud olduğunu önə çəkərək onun verdiyi sözü qulaq ardına vursunlar. Urmiya gölü probleminin aradan qaldırılması üçün ayrılan büdcənin ödənilməsində problem varsa, o zaman mərkəzi bankdan borc alsınlar. Gölün bərpası prosesi heç bir halda dayanmamalıdır və bunu maliyyə qaynaqları ilə bağlamaq doğru deyil» - deyə İsa Kəlantəri bildirib.

O əlavə edib ki, prezident Azərbaycan xalıq ilə açıq danışsın. Ya desin ki, Urmiya gölünün bərpası işləri maliyyə qaynaqlarının məhdud olduğu səbəbindən dayandırılıb və ya əgər gölü xilas etmək istəyirlərsə, fikrimcə bu belədir, onda maliyyə qaynaqlarımız yoxdur deyən müavinlərinin ağzından vursun.

«Biz maliyyə problemləri ucbatından gölün bərpası uğrunda çalışan icra orqanları və podratçılardan (peymankar) xəcalət çəkirik. Ona görə də dövlətdən Urmiya gölü üçün ayrılan vəsaiti tələb edirik və düşünürük ki, belə bir işi dövlət xərcləri və maliyyə qaynaqları ilə əlaqələndirmək doğru deyil» - deyə Urmiya Gölünü Bərpası Mərkəzinin sədri qeyd edib.

Xatırladaq ki, Təbriz universitetində «Urmiya gölü böhranının ətraf-mühitə təsiri və coğrafi nəticələri» mövzusunda beynəlxalq konfrans keçirilir. Noyabrın 23-də başlayan konfrans 2 gün davam edəcək. Konfransa ABŞ, İtaliya, İngiltərə, Türkiyə, Norveç, Malayziya və ölkə daxilindən mütəxəssislər qatılıb.

 





25.11.2016    çap et  çap et