Vaxt.Az

Nardaran olaylarındakı İran barmağı göründü


 

Təbrizdə fars-molla rejiminin əlaltıları təxribatın ildönümündə anım mərasimi keçiriblər

Nardaran olaylarındakı İran barmağı göründü İran rejiminin əlaltıları Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə etməyə davam edir. Təbrizdən əldə etdiyimiz məlumata görə, noyabrın 24-də Təbrizin Vəliəsr şəhərciyinin İmam Sadiq məscidində ötən ilə Nardaran qəsəbəsində polis əməliyyatı zamanı öldürülən islamçı ekstremistlərin ildönümü münasibəti ilə anım mərasimi keçirilib.

Axund Muctaba Nəzərinin çıxışı ilə keçirilən mərasimə “ETTELAAT” Şöbəsinin əməkdaşları, “Bəsic” (Radikal hökumət tərəfdarları yarımsilahlı dəstələr) qüvvələri və s. kimi rejimin əlaltıları qatılıb. Mərasimdə Azərbaycan Respublikasının ünvanına sərt ittihamlar səsləndirilib.

Xatırladaq ki, 2015-ci il noyabrın 26-da Azərbaycanın hüquq-mühafizə orqanları Nardaranda xüsusi əməliyyat keçirərkən, polis qüvvələri İran rejiminin təsiri altında olduqları deyilən islamçı ekstremistlərin atəşinə məruz qalmışdır. Bundan sonra polisə müqavimət göstərən dəstənin üzvlərindən 5-i zərərsizləşdirilib, hökumət qüvvələrindən isə 2 polis, ekstremistlərin açdığı atəş nəticəsində şəhid olub.

 





25.11.2016    çap et  çap et