Vaxt.Az

Ukraynada unikal oğurluq


 

Kiyevdə 338 ədəd kanalizasiya quyusu qapağı aparılıb

Ukraynada unikal oğurluq 2016-cı ilin əvvəlindən Ukraynanın paytaxtı Kiyev şəhərində 338 ədəd kanalizasiya quyusu qapağı oğurlanıb. Virtualaz.org «İnterfaks»a istinadən xəbər verir ki, bu barədə «Kiyevvodokanal» müəssisəsinin hesabatında bildirilib.

Mütəxəssislərin fikrincə, kanalizasiya quyularının qapaqlarını oğurlayanlar onları metal qəbul məntəqələrinə təhvil verib əvəzində pul alırlar. Bu cür qapaqların qiymətlərinin 40 dollardan 200 dollara qədər dəyişdiyini nəzərə alsaq, belə oğurluqlar şəhər təsərrüfatına ciddi maddi ziyan vurur.

 





26.11.2016    çap et  çap et