Vaxt.Az

Ərk sədrinin BMT-də sərt sözləri


 

Xanım Jalə Təbrizi təmsil etdiyi qurum tərəfindən İnsan Haqları Şurasında keçirilən iclasda çıxış edib

Ərk sədrinin BMT-də sərt sözləri Ərk-Azərbaycan İnsan Haqları Cəmiyyətinin məsulu xanım Jalə Təbrizi BMT İnsan Haqları Şurasında Azlıqların Hüququ mövzusunda keçirilən illik iclasda çıxış edib.

Xanım Təbrizi hazırladığı raportda Güney Azərbaycandakı son vəziyyət, inan haqlarının durumu və Urmu gölü mövzusuna işarə edib.

«Urmu gölü qurumaq üzrədir. Göldə yaranan böhran səbəbindən bölgə əhalisini göz, allergiya, qan təzyiqi və s. kimi xəstəliklər təhdid edir. Urmu gölü böhranı ümumiyyətlə gölün ətrafında yaşayan 5 milyon azərbaycanlının həyatına bir başa təsir edir»- deyə raportun bir hissəsində qeyd olunub.

Xanım Təbrizi çıxışında İran prezidenti Həsən Ruhaninin seçkiqabağı təbliğat-təşviqat dönəmində verdiyi vədləri də xatırladıb.

«H.Ruhani bu günə kimi çoxlu vədlər verib. O seçkiqabağı təbliğat-təşviqat dönəmində Urmiya gölünün canlandırılması ilə bağlı vəd vermişdi. Lakin verdiyi vədlər hamısı söz həddində qalıb və bu günə qədər verilən sözlərin heç biri yerinə yetirilməyib. İran hökuməti Urmu gölünü olduqca siyasiləşdirib və dövlət göl üçün ayrılan büdcə vəsaitinin ödənilməsini təmin etmir» - deyə o əlavə edib.

Ərk-Azərbaycan İnsan Haqları Cəmiyyəti tərəfindən verilən məlumata görə, xanım J.Təbrizinin iclasdakı çıxışı yaxın günlərdə daha geniş şəkildə yayılacaq.

 





26.11.2016    çap et  çap et