Vaxt.Az

«Siz düzgün seçiminizi etdiniz»


 

Baş naziri Bidzina İvanişvili prezidentliyə namizədi Marneuli sakinlərinə təqdim edib

«Siz düzgün seçiminizi etdiniz» Gürcüstanın baş naziri Bidzina İvanişvili azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində sakinlərlə oktyabrın 27-də Gürcüstanda keçiriləcək prezident seçkiləri ilə bağlı görüş keçirib. Görüşdə Bidzina İvanişvili Gürcüstan prezidentliyinə namizəd Giorgi Marqvelaşvilini təqdim edib, onun tərcümeyi-halı barədə məlumat verib. Şəhər sakinləri qarşısında çıxış edən baş nazir, xüsusi olaraq, azərbaycanlıları salamlayıb.

«Siz azərbaycanlılar ilk dəfə keçmiş hakimiyyətə etiraz etdiniz və düzgün seçiminizi etdiniz. Bunun üçün mən sizə bir daha təşəkkürümü bildirirəm. Hakimiyyətə elə adam seçin ki, o, sizin maraqlarınıza xidmət etsin, sizin arzularınızı həyata keçirsin. Həmişə etibar etdiyiniz adamı və sizə işləyən adamı seçin. Gürcüstan tarixində belə seçki ilk dəfə baş verəcək. Belə bir insan bu gün sizinlə görüşə gələn Gürcüstan prezidentliyinə namizəd Giorgi Marqvelaşvilidir. O, sizin gələcəyiniz üçün çalışacaq», - deyə Bidzina İvanişvili bildirib.
Sonra tədbirdə Gürcüstan prezidentliyinə namizəd Giorgi Marqvelaşvili çıxış edib. O, çıxışında seçkilərə bir neçə gün qaldığını və seçklilərdə qalib gələcəklərini bildirib: “Biz sizinlə birlikdə Avropa ölkəsi tikəcəyik. Burada hər bir adam iqtisadi və hüquqi cəhətdən müdafiə olunacaq. Biz bu dövləti sizinlə birlikdə quracağıq” - deyə, Marqvelaşvili bildirib.

 





20.10.2013    çap et  çap et