Vaxt.Az

«Yalnız İŞİD deyil, həm də ....»


 

Avropaya terror xəbərdarlığı

«Yalnız İŞİD deyil, həm də ....» Avropolun ekspertləri ABŞ başda olmaqla beynəlxalq koalisiyanın üzvlərini genişmiqyaslı terror hücumlarından qorunmağa çağırır.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, dərc olunan hesabatda terrorçuların 2015 və 2016-cı ildə Fransa və Belçikada törətdikləri hücumlara oxşar aksiyalar təşkil edəcəyi vurğulanır. 

Hesab olunur ki, terror hücumlarında həm qrup halında, həm də tək terrorçular iştirak edəcək.

«Terror hücumlarının təşkilatçıları və ideoloqları yalnız İŞİD deyil, həm də Ən-Nüsrə Cəbhəsi və Əl-Qaidə qruplaşmalrı da ola bilər».

Avropol Suriya və İraqı tərk edən terrorçuların Avropaya, həmçinin Liviya və Misirə axın etdiyini yazır.

 





03.12.2016    çap et  çap et