Vaxt.Az

Yeri təhlükə gözləyir


 

2013 TV135 asteroidinin planetimizlə toqquşma ehtimalı artır

Yeri təhlükə gözləyir 2032-ci ildə 2013 TV135 asteroidinin Yerlə ehtimalı son günlər 4 dəfə artıb. ANS PRESS-in NASA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu ehtimal 63 min 1-dən 14 mində 1-ə enib.
Məlumata görə, 2013 TV135 indeksi almış asteroid Krım rəsədxanasının əməkdaşı Gennadi Borisov tərəfindən aşkar edilib. 
NASA mütəxəssisləri yeni rəqəmlər əldə ediləcəyi təqdirdə bu ehtimalın dəyişəcəyini istisna etmirlər. Qeyd edək ki, astronomlar bu ilin yanvar ayında Yer üçün əsas təhlükə mənbəyi sayılan Apofis asteroidinin planetimizlə toqquşma ehtimalı olmadığını açıqlamışdılar.
 





20.10.2013    çap et  çap et