Vaxt.Az

«İşçilər 3 aydır maaşı almır»


 

Təbrizdə sənaye müəssisəsinin işçiləri etiraza qalxdı

«İşçilər 3 aydır maaşı almır» Aylardır maaşlarını ala bilməyən Təbriz Avtoyükləyiciqayırma Zavodunun (Lifteraksazi karxanəsi) işçiləri etiraz aksiyası keçiriblər.

Son iki gündür zavodun qarşısına toplaşan onlarla işçi 3 aydır maaşlarının ödənilmədiyini bildirirlər.

170 işçinin çalışdığı zavodun sahibi işçilərin maaşını gecikdirməkdən başqa onların sığorta haqlarını da ödəməkdən imtina edir.

«Vaxtı ilə zavodda hər şey öz qaydasında idi. Lakin zavod 4 il öncə özəlləşdirildikdən sonra bir çox problemlər başladı. Hazırda da zavodda istehsal səviyyəsi pis deyil. Lakin işçilərin maaşı 3 aydır ödənilmir»- deyə zavod rəhbərliyinə qarşı etiraza qalxan işçilər bildirir.

 





07.12.2016    çap et  çap et