Vaxt.Az

Büdcə müzakirələri bitdi


 

Hökumətə vaxt verildi

Büdcə müzakirələri bitdi Dekabrın 16-ı Milli Məclis gələn ilin büdcəsini müzakirə etmək üçün yenidən toplanacaq. Modern.az-ın xəbərinə görə, artıq üçüncü gündür Milli Məclisdə 2017-ci ilin büdcə zərfi müzakirə olunur.

Bugünkü iclasda «2017-ci ilin dövlət büdcəsi», «Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında», «Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında», «Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında» qanunlar, Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetaları müzakirə olunub.

Artıq 2017-ci ilin büdcəsinin müzakirəsi yekunlaşıb. Hökumətə müzakirələr zamanı qaldırılan təklif və məsələlərə baxıb, nəzərə almaq üçün müəyyən vaxt verib.

 





08.12.2016    çap et  çap et