Vaxt.Az

«Apreldə çox uğurla tətbiq olunub»


 

Ukrayna Azərbaycana baxıb kamikadze-dronla silahlanır

«Apreldə çox uğurla tətbiq olunub» Ukrayna Müdafiə Nazirliyi Azərbaycanın nümunəsindən çıxış edərək kamikadze-dronlarla silahlanmağa hazırlaşır.

Virtualaz.org xəbər verir ki, bu haqda Ukrayna mətbuatı yazır. Bildirilir ki, Ukrayna Müdafiə Nazirliyi pilotsuz uçan döyüş sistemlərinin hərbi əməliyyatlarda tətbiqinin effektiv olduğu qənaətinə gəlib. «Məsələn, Qarabağda apreldə gedən döyüş əməliyyatlarında Azərbaycan İsraildən aldığı «Harop» pilotsuz döyüş aparatlarını böyük uğurla tətbiq edib. Bu pilotsuz aparatla ermənilərin azı bir avtobusunun və artilleriya mövqeyinin vurulduğu məlumdur» - Ukrayna KİV-ləri xatırladır.

Məlumata görə Ukrayna Polşanın istehsalı olan «Los» pilotsuz döyüş aparatlarını almaq üçün danışıqlar aparır. Bu, «Harop»ların analoqudur.

 





10.12.2016    çap et  çap et