Vaxt.Az

«Azdrama»da daha bir mübahisə


 

Sərəncamçı direktor işdən çıxarıldı

«Azdrama»da daha bir mübahisə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının («AzDrama») sərəncamçı direktoru Natiq Gülməmmədov tutduğu vəzifədən azad edilib. Teatrdan Modern.az saytına daxil olan məlumatda deyilir ki, Natiq Gülməmmədovun işdən çıxarılmasına səbəb son vaxtlar onun «Azdrama»nın bədii rəhbəri və direktoru Azərpaşa Nemətlə yola gedə bilməməsi olub. Belə ki, tərəflər arasında dəfələrlə ciddi mübahisənin baş verdiyi, məsələnin hətta Mədəniyyət və Turizm Nazirliyinədək gedib çıxdığı bildirilir.

Amma «Azdrama»dan yola salınan Natiq Gülməmmədov işsiz də qalmayıb. Modern.az-ın əldə etdiyi məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə o, Azərbaycan Dövlət Kukla Teatrında direktor müavini vəzifəsinə təyin olunub.

Xatırladaq ki, Natiq Gülməmmədov 2016-cı  ilin yanvar ayından Akademik Milli Dram Teatrına sərəncamçı direktor vəzifəsinə təyin olunmuşdu.

O, 2010-2015-cı illərdə Azərbaycan Dövlət Kukla Teatrında direktor müavini vəzifəsində çalışmışdı. Beləliklə də «Azdrama»dan çıxarılan N.Gülməmmədov Kukla Teatrındakı əvvəli vəzifəsinə qaytarılıb.

 

 





11.12.2016    çap et  çap et