Vaxt.Az

Afrikadan qara xəbərlər


 

Nigeriyada 200, Keniyada 40-dan çox adam niyə öldü...

Afrikadan qara xəbərlər Nigeriyanın Uyo şəhərində yeni tikilən kilsədə damın uçması nəticəsində 200-dək dindarın öldüyü ehtimal olunur. Hadisə ötən gün dekabrın 10-da baş verib. Kilsənin dam örtüyü dindarların üzərinə uçub və xilasetmə işləri hələ davam edir. Bundan əvvəl 60 nəfərin öldüyü bildirilirdi. Lakin beynəlxalq xəbər agentlikləri Nigeriya mənbələrinə istinadən ölənlərin sayının 200-ə qədər ola biləcəyini bildirir.

Məlumata görə, dekabrın 11-də məbəddə dini ayinin keçirilməsi planlaşdırılıbmış, lakin kilsənin tikintisində gecikmə baş verib. Bu səbəbdən fəhlələr tikinti qaydalarında ciddi nöqsanlara yol verərək işləri sürətləndiriblər. Hadisə baş verən vaxt kilsədə yüzlərlə dindar olub.Dəmir konstruksiyalardan ibarət dam örtüyünün qalıqları altında ölənlərin sayının artacağı istisna olunmur.   

Digər Afrika ölkəsi Keniyada isə neft daşıyan maşının minik avtomobili və mikrovtobusla toqquşması nəticəsində 40-a qədər adamın həlak olduğu xəbər verilir. Hadisə paytaxt Nayrobidən 80 km məsafədə  şosedə baş verib. Qəza nəticəsində mikroavtobus da daxil olmaqla, 12 nəqliyyat vasitəsi yanıb. Ölənlər arasında 3 polis əməkdaşı var. Yük maşını Uqandaya neft aparmaq üçün yola çıxıbmış.

 





11.12.2016    çap et  çap et