Vaxt.Az

«Sepah»dan saxta ittihamlar


 

Əli Əzizi və Sina Həsəninin məhkəmə iclası keçirilib

«Sepah»dan saxta ittihamlar Dekabrın 10-da azərbaycanlı fəallar Əli Əzizi və Sina Həsəninin son məhkəmə iclası keçirilib. Sistemim əleyhinə təbliğ etmək və milli təhlükəsizliyi pozmağa cəhd göstərməkdə ittiham olunan fəallar Urmiya İnqilab məhkəməsinin 6-cı şöbəsində mühakimə olunub.

Hakim məhkəmə iclasının sonunda dosyenin artıq təqib olunmayacağı, lakin son qərar üçün İnqilab Məhkəməsinin hakimlərinə göndəriləcəyini bildirib.

Ə.Əzizi və S.Həsəni 2015-ci il iyunun 4-də mədəni fəaliyyətlərinə görə İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Təhlükəsizlik Bölümünün əməkdaşları tərəfindən yaxalanıb bir həftə ağır şəraitdə saxlandıqdan sonra 50 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıblar. Bundan sonra azərbaycanlı fəallar sözügedən dosye ilə əlaqədar dəfələrlə məhkəmə və təhlükəsizlik orqanlarına çağırılıb və dindiriliblər.

Məlumata görə, İslam İnqilabı Keşikçilər Korpusu fəalların İnqilab Məhkəməsinə göndərdiyi dosyesində bir çox qondarma iddia irəli sürüb.


Sina Həsəni haqqında:

İngiltərənin «Mİ-6» ilə əlaqədə olmaq, İsrailin xüsusi xidmət orqanı MOSSAD ilə əlaqədə olmaq, pantürkistlərlə əlaqədə olmaq, Ana dili ilə bağlı mərasim keçirmək və bu barədə Bəyanatlar yaymaq, «21 Azər» Hərəkatı ilə bağlı mərasim keçirmək, Ana dilində kurslar təşkil etmək, Azərbaycan türkcəsini tədris etmək və pantürkizm yönlü yığıncaqlar təşkil etmək.


Əli Əzizi haqqında:

İngiltərənin «Mİ-6» ilə əlaqədə olmaq, pantürkist qruplarla əlaqədə olmaq, «20 Xordad» nümayişləri ilə bağlı Bildirilər yaymaq, Azərbaycan türkcəsi kurslarında iştirak etmək, ana dilində kursların təşkil edilməsinə dəstək vermək, pantürkizm yönlü yığıncaqların təşkilinə yardım etmək və «21 Azər» yığıncağına qatılmaq.

S.Həsəni və Ə.Əzizi elan ediblər ki, dosyenin «Sepah» tərəfindən təşkilindən öncə İngiltərənin «Mİ-6» və MOSSAD haqqında heç bir məlumatları olmayıb. Onlar bu barədə heç nə oxuyub vəya eşitmədiklərini vurğulayıblar.

 





11.12.2016    çap et  çap et