Vaxt.Az

Azərbaycana və İsrailə qarşı təxribat


 

Rusiyanın ermənipərəst saytları, Mossad rəhbərinin adından «müsahibə» dərc ediblər

Azərbaycana və İsrailə qarşı təxribat Dünən bir sıra rusiyayönümlü (Rusiyadakı erməni diasporunun təsiri altında olan) və ermənipərəst saytlar İsrail Mossadının rəhbəri Yosi Koenin uydurma müsahibəsi şəklində dezinformasiya yayıblar. Həmin «müsahibə»də Koen baş nazir Binyamin Netanyahunun Azərbaycana nəzərdə tutulan səfərini guya ki, şərh edir. Ermənipərəst və rusiyayönümlü saytlar məşhur İsrail saytı «Breakingisrailnews»a istinad ediblər.

Virtualaz.org aydınlaşdırıb ki, İsrail xüsusi xidmət orqanının rəhbəri müsahibə verməyib və heç bir açıqlama ilə çıxış etməyib, Mossad başçısının adından yayımlanmış məlumat isə uydurma və dezinformasiyadır. Bundan əlavə, məşhur İsrail saytı «Breakingisrailnews»da Mossad rəhbəri ilə müsahibə dərc edilməyib. Söhbət üzümüzə gələn həftə iki ölkə rəhbərinin görüşü ərəfəsində İsrailə və Azərbaycana qarşı informasiya təxribatından gedir.

Oxuculardan İsrailin baş naziri Binyamin Netanhayunun Bakıya vacib səfəri öncəsi təxribatçı vəziyyətlər modelləşdirən bir sıra xarici qüvvələrin təxribatlarına uymamağı və rəsmi informasiya mənbələrindən qaynaqlanmağı xahiş edirik.

 





12.12.2016    çap et  çap et