Vaxt.Az

Təbrizdə kütləvi məzarlıq tapıldı


 

Tapılan cəsədlərin «21 Azər hərəkatı» ilə əlaqəsi olduğu ehtimal edilir

Təbrizdə kütləvi məzarlıq tapıldı Dekabrın 10-da Təbrizin Heydərabad məhəlləsində qazıntı işləri aparan Kanalizasiya və Su İdarəsinin işçiləri kütləvi məzarlıq aşkar ediblər. Bundan iki gün sonra, Şərqi Azərbaycan Turizm, Əl işləri və Mədəni İrs İdarəsinin rəisi tapılan məzarlığın qədim və tarixi bir məzarlıq olmadığını bildirib.

«Bu barədə İdarəmizin ekspertləri nəticəni elan ediblər. Tapılan sümüklər heç də tarixi sayılmır və qədim kütləvi məzarlığın aşkar edilməsi ilə bağlı yayılan məmumatlar doğru deyil» deyə Mühəndis Murtaza Abdar qeyd edib.

Bazar günü Təbriz Şəhəri İcra Hakimiyyətinin başçısı Rəhim Şöhrətifər aşkar edilən qəbirlərin ötən onilliklərə aid olduğunu bildirmişdir.

Qeyd edək ki, bəziləri tapılan kütləvi məzarlığın 1946-cı il Azərbaycan Milli Hökumətinin süquta uğradıldığı dövrə aid olduğunu düşünür. Həmin il dekabrın 12-də (1325-ci il azərin 21-də) onminlərlə azərbaycanlı Pəhləvi ordusu tərəfindən amansızcasına qətlə yetirilmişdi.

 





13.12.2016    çap et  çap et