Vaxt.Az

60 yaşlı siyasətşünas


 

Deportasiya Qurbanları Cəmiyyəti Eldar Namazovun yubileyi münasibətilə təbrik edir

60 yaşlı siyasətşünas Bu gün Eldar Namazov 60 illik yubileyini qeyd edir. Deportasiya Qurbanları Cəmiyyəti bu məqsədlə Eldar Namazovu təbrik edib. Təbrikdə Eldar Namazovun keçdiyi şərfli yol, göstərdiyi xidmətlər xüsusilə qeyd edilir. Vurğulanır ki, Eldar Namazovun tərcümeyi-halı həm də müasir Azərbaycan tarixinin tərkib hissəsidr: «Onun Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri misilsizdir. Bu xidmətləri saymaqla bitməz. Eldar Namazov təkcə Azərbaycanda deyil, dünya çapında tanınmış ictimai-siyasi xadimdir». Deportasiya Qurbanları Cəmiyyəti Eldar Namazovun bilik və təcrübəsinin bundan sonrakı dövrdə də Azərbaycan xalqının daha da güclənməsi, firavan yaşaması üçün sərf edəcəyinə əmin olduğunu qeyd edir, yubilyarı təbrik edir.

Xatırladaq ki, Eldar Namazov 23 dekabr 1956-cı ildə anadan olub. 1974 -1979-cu illərdə Azərbaycan Pedaqoji Universitetini bitirib. 1981-1985-ci illərdə Moskva Etnoqrafiya və Antropologiya İnstitutunda çalışıb, Fəlsəfə Elmləri Doktorudur. 1985-1991-ci illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun Etnososialogiya şöbəsinin müdir müavini, daha sonra Politologiya şöbəsinin müdiri vəzilərində çalışıb. Eyni zamanda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin təsisçisi və rəhbəri olub. 1993-cü ilin sentyabr ayından 1999-cu ilin oktyabrına qədər Azərbaycan Respublikası prezidentinin katibliyinin rəhbəri, prezidentin köməkçisi (xarici siyasət, daxili siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, ictimai əlaqələr məsələləri üzrə) olub.

2001-ci ilin martı ayından «Azərbaycan Naminə» İctimai Forumunun prezidentidir. Mərkəzi tədqiqat, ictimai siyasət, layihə rəhbərliyi, xarici siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, Azərbaycanda siyasi və iqtisadi islahatların aparılması üzrə işlər aparır.

 





23.12.2016    çap et  çap et