Vaxt.Az

Bakı Beynəlxalq caz festivalı keçiriləcək


 

Musiqi bayramı 1 sarayda və 2 mərkəzdə baş tutacaq

Bakı Beynəlxalq caz festivalı keçiriləcək Oktyabrın 23-dən noyabrın 2-dək Bakıda Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə Beynəlxalq caz festivalı keçiriləcəkdir.
Bu müddətdə ənənəvi olaraq dünyanın müxtəlif yerlərindən məşhur musiqiçilər şəhərimizin qonağı olacaqlar.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Gün.Az-a verilən xəbərə görə, festival çərçivəsində Heydər Əliyev Sarayı, Beynəlxalq Muğam və Caz mərkəzlərində dünya şöhrətli musiqiçilər - Joshua Redman, Kenny Garret, Avishai Kohen, Marcus Miller, Bob James and David Sanborn, Kristof Çex və başqalarının çıxışları gözlənilir.
Eyni zamanda, Azərbaycanın tanınmış ifaçıları - Salman Qəmbərov, Emil Əfrasiyab, Mircavad Cəfərov və digər istedadlı gənc caz musiqiçiləri festival konsertlərində solo proqramlarla çıxış edəcəklər.
 





13.10.2013    çap et  çap et