Vaxt.Az

“Payız günü”nün sərgisi


 

Tədbiri Arts Council Azerbaycan keçirir

“Payız günü”nün sərgisi Oktyabr ayının 29-da, “Art Villa” qalereyasında, “Payız günü” adlı sərgi keçiriləcək. Sərgi, Arts Councıl Azerbaycan təşkilatı tərəfindən təşkil olunub. Burada müxtəlif üslubda və müxtəlif texnikada işlənilmiş rəngkarlıq nümunələri təqdim olunacaq. “Payız günü” adlı sərgi ilin ən gözəl fəsillərindən biri olan “Payız” fəslinə həsr olunub.
Müxtəlif növ kompozisiyalar təqdim olunacaq. Onların sırasında mənzərə, şarj, portret janrında işlənilmiş əsərlərlə rastlaşa bilərik. Hər bir kompozisiya özünəməxsus manerada və açıq səma altında təşkil olunmuş plenar zamanı işlənilib. Onları birləşdirən “Payız” mövzusu hər bir əsərdən gözəllik, incəlik duymağa imkan yaradır. 
Sərgidə Rəhim Həşimov, Gündüz Xanlar, Teymur Qəribov, İntiqam Ağayev, Elşad Xose, Ruslan Kovalyov, Rəşad Mehdiyev, Aydın Əsgərov, Günay Hüseynova, Babək Rüstəmzadənin, Leyla Altunay, Dadaş Məmmədov, Hicran Əlioğlu, Fidan Abdullazadə və başqaları iştirak edillər.
Sərgi bir gün ərzində davam edəcək. Saat 19:00-dan saat 21:00-dək. Giriş pulsuzdur.
Arts Council Azerbaycan təşkilatının bu sərgini keçirməkdə əsas məqsədi gənc nəslin incəsənətə olan maraqlarını daha da artırmaqdır, Azərbaycan rəssamlarını tanıyıb və tanıtdırmaqdır.
 





22.10.2013    çap et  çap et