Vaxt.Az

Açıq səma altında» adlı sərgi açılacaq


 

«Art Villa» qalereyasındakı tədbir nəticəsi xarakterini daşıyır

Açıq səma altında» adlı sərgi açılacaq İyunun 16-da «Art Villa» qalereyasında «Arts Council Azerbaijan» (Azərbaycan İncəsənət Konsulluğu) qeyri-hökumət təşkilatı tərəfindən «Açıq səma altında» sərgisi keçiriləcək.
«Art Villa»dan bildiriblər ki, gün ərzində qalereyanın qapıları bütün incəsənət həvəskarları üçün açıq olacaq və rəssamlar müxtəlif mövzularda yaratdıqları əl işlərini təqdim edəcəklər. Onların sırasında özünəməxsus üslubda natürmort, mənzərə, portret janrında olan kompozisiyalar nümayiş olunacaq.Tədbir çərçivəsində gün ərzində keçirilən plenerdə yaşlı nəslin nümayəndələri olan rəssamlarla yanaşı, gənc rəssamlar da iştirak edəcəklər. Sərgi təşkil olunacaq plenerin nəticəsi xarakterini daşıyır.
Sərgidə İntiqam Ağayev, Rahim Həşimov, Günay Hüseynova, Könül Kəngərli, Eldar Babazadə, Ruslan Kovalyov, Könül Hüseynzadə, Rəşad Mehdiyev, Aydın Əsgərov, Fidan Abdullazadə və digər rəssamların əsərləri nümayiş olunacaq.
 





12.06.2013    çap et  çap et