Vaxt.Az

«İrəvan»lılar «Xocalıya ədalət!» istəyib


 

İrəvan Dövlət Azərbaycan Dram Teatrı Türkiyədən qastrol səfərindən qayıdıb

«İrəvan»lılar «Xocalıya ədalət!» istəyib Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı kollektivi Türkiyənin İğdır, Qars, Manisa, Quş adası və Uşak şəhərlərində qastrol səfərindən qayıdıb.
Səfər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının tədbirlər planı çərçivəsində Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Azərbaycan Mədəniyyət, Dil, Tarix, Araşdırma Mərkəzinin dəvəti ilə baş tutub. Yaradıcı kollektiv türkiyəli tamaşaçılara şair-dramaturq İftixarın «Soyqırımı tarixinin dastanı» əsəri əsasında səhnələşdirdiyi eyniadlı tamaşanı təqdim edib. Türkiyənin rəsmi nümayəndələri soyqırım həqiqətlərini üzə çıxaran səhnə əsərinin ölkənin müxtəlif şəhərlərində nümayişinin əhəmiyyətini vurğulayıblar.
Hər tamaşadan sonra teatrın kollektivinə mükafatlar verilib.
 





01.04.2013    çap et  çap et