Vaxt.Az

Təhlükəli qoxulara aldanmayın


 

Təbii və orqanizmə xeyirli iyləri necə əldə etməli?

Təhlükəli qoxulara aldanmayın Evdən gözəl qoxu gəlməsi üçün çiçəklərin, meyvələrin və bitkilərin yağlarından istifadə edə bilərsiniz. Hər qoxunun insan ruhunda oyandırdığı təsir fərqlidir. Hər duyğu üçün fərqli bir qoxu istifadə edərək, həm evinizi, həmdə ruhunuzu gözəlləşdirin.
Hər qadının etdiyi kimi, evin gözəl qoxuması üçün öncə təmizlik işləri aparılır.Çox təəssüf ki, bu təmizlik qoxusu üzun sürmür. Bu zaman təbii təmizləyici və gözəl qoxu gəlməsi üçün məsləhətə ehdiyac duyulur. Lavanda, qreyfurt, kəklikotu və limon yağı yada, darçın və qərənfil yağı qarışımını, bir şüşəyə töküb, mətbəx və ya əlüzyuyanın yaxınlıqına qoyun. Bir yeri təmizləməyə başlarkən, təmizlik  dəsmalını bu qarışımla isladıb təmizliyə başlaya bilərsiniz. Bu evinizə gözəl qoxuların yayılmasına və evinizdə təmizlik hissini verəcək.
Tez təmizləmə üsulu 
Bir qaşıq soda və ya təmizləyici tozun üzərinə ilıq su töküb qarışdırın. Gözəl bitgi yağlarındanda bir neçə damcı qatın və kapron bir qaba töküb yaxşıca qarışdırın. Yağın tam qarışması üçün 24 saat gözləmək lazındır. Ertəsi gün bu qarışımı xalçalarınıza püskürtün və 10 dəqiqə gözlədikdən sonra, xalçanı tozsoranla təmizləyin. Xalçanız təzə aldığınız kimi, təmiz, və gözəl qoxu verəcək.
Enerjili və gümrahlıq qoxusu üçün nə etməli?
Qonaq otaqlarında, yemək otaqlarında, oyun və əyləncə otaqlarında zəncəfil, bibər, lavanda, nanə,darçın və adaçayı istifadə ebə bilərsiniz.
Sakitlik qoxusu üçün nə etməli?
Bir neçə ədəd qurudulmuş lavanda yarpağını yatağ otağınızda saxlayın. Evinizin tamamilə gözəl qoxularla bürünməsini istəyirsinizsə, bu zaman lavanda yarpağlarını su püsgürdən bir şüşəyə qoyub, üzərinə isti su əlavə edib qarışdırın və istədiyiniz otağa püsgürdün.
Ürəkaçan qoxu üçün nə etməli?
Evinizdə və ruhunuzda bu cür qoxular yaratmaq üçün vanildən istifadə edə bilərsiniz. Vanil qoxusu üçün otağa püsgürdülən vanil qoxulu spreylərdən  və ya şamlardan istifadə edib, otağda ürəkaçan bir hava yarada bilərsiniz. Bitgilər üçün istifadə edilən su püsgürdənin içinə, su doldurub, 5 damcı çay və 5 damcı lavanda, ya da  5 damcı limon yağı tökün. Bu qarışımı xalçalara, pərdələrə və mebellərə püskürdməklə evinizin havasın ürəkaçan havaya çevirə bilərsiniz. Ürəkaçan və yüngüllük duyğusunun  biri də odur ki, qonaq otağında, iş otağında, mətbəxlərdə, limon, bibər və tropik yağlardan istifadə edib rahatlığa qovuşmaq olar.
Zehni açan qoxu üçün nə etməli?
Çalışarkən, və  ya yemək bişirərkən zehni açmaq üçün kiçik dərin qabda, bibər yağını, işlədiyiniz otağda saxlayın vəya dekarativ şamların içərisinə töküb, evinizin hər hansı yerinə qoyun.
Xoşbəxtlik qoxusu üçün nə etməli?
Xoşbəxtlik qoxusu yaratmaq üçün bir portağalın qabığını soyub, masanın üzərinə qoyun və yanında şam yandırın. Qoxu dərhal otağa yayılacaq.
Romantik qoxu üçün nə etməli?
Hazırladıqınız romantik axşam yeməyinin ruhumuzda olan  təsirini artırmaq üçün, darçın çubuqlarını tüstü kimi yandırın. Təbii və gözəl qoxu yaradan darçın tüstüsü otaqlarınıza yayılarkən, sizdə xoş duyğular yarada bilər. Yataq otağında, qonağ otağında və vanna otağında romantik duyğular yaratmaq üçün, yasəmən və qızılgüldən istifadə edin.
Evinizdə havanın təravətli olmasının ən sadə yollarından biridə masanızı bəzəyən çiçəklərdir. Çiçəklər insana sakitlik verir və rahat tənəffüs etməyə imkan yaradır. Gözəllik və ilham mənbəyi olan çiçəklər, növ, rəng və qoxularına  görə də ayrı məna daşıyır. Dipçəkdə ya da güldanda saxlamaq üçün, çiçək seçərkən, onun şəfalı bir bitgi olduğunu da nəzərə almaq lazımdır.
 





07.06.2013    çap et  çap et