Vaxt.Az

Park Cinema-dan hədiyyə


 

Ölkənin ən böyük kinozalı hər kəsə müdhiş jest edir

Park Cinema-dan hədiyyə Park Cinema kinoteatrlar şəbəkəsi ölkənin bütün vətəndaşlarını ad günü münasibəti ilə təbrik edəcək! 28 may 2013-cü il tarixindən etibarən Park Cinema yeni, misilsiz “Doğum günün mübarək, ölkəm!” adlı kampaniyasına start verəcək və Azərbaycanın bütün vətəndaşlarının ad gününü təbrik edərək onlara kinoya bilet təqdim edəcək!
Kampaniya çərçivəsində vətəndaş öz doğum günündə Metro Park TM-də yerləşən yeni Park Cinema kinoteatrında istənilən filmə pulsuz olaraq baxa biləcək.
Hədiyyəni almaq üçün şəxsiyyət vəsiqəsini kinoteatrın kassasında təqdim etmək kifayətdir.
Hədiyyə biletləri ilə bərabər vətəndaşlar eləcə də Park Cinema yığım Bonus Kartları-da əldə edəcəklər. Bonus proqramına əsasən, kart bilet haqqının toplanmış ballarla kinoteatrda ödənilməsi imkanını yaradır və kart sahibləri üçün xidmət və güzəştlər çeşidinin genişlənməsini nəzərdə tutur. Hazırki kart gələcəkdə şəbəkənin yeni açılan kinoteatrlarında da istifadə olunacaq.
Bonus kartları sisteminin cədvəli:
Kartın adı Standart Gold Platinum
Məbləğin hesablanması 0 - 19 AZN 20 – 49 AZN 50 AZN
Balların hesablanması 7,5% 10% 12,5%
 





22.05.2013    çap et  çap et