Vaxt.Az

«28 Cinema»da 200 faizlik endirim


 

Hər həftənin eyni günü bütün seanslara biletlər 4 manat olacaq

«28 Cinema»da 200 faizlik endirim Həftənin bazar ertəsi hər zaman ağır gün hesab olunur. Lakin Azərbaycanın premium səviyyəli, ən böyük kinoteatrı «28 cinema» müştərilərinə hətta bazar ertəsi günü istirahət etməyə dəvət edir. Belə ki, «28 cinema» da həftənin yalnız 1-ci günləri bütün seanslara biletlərin qiyməti cəmi 4 manat (Platin zal istisna olmaqla).
«Həftə sonu istirahətindən sonra həftənin bazar günü ağır və yorucu keçir. Lakin «28 cinema» istirahətini davam etdirmək üçün gözəl imkan yaradır. Kampaniyanın əsas şərti isə onun hər kəs üçün sərfəli olmasıdır. Əminəm ki, bu kampaniya hamının ürəyincə olacaq» – deyə kinoteatrın Baş Direktorun müavini Kristina Bernard bildirib.
Qeyd edək ki, biletin kampaniya qiyməti yalnız bazar ertəsinə və günün bütün seanslarına şamil olunur. Seansların vaxtları kinotapda tanış ola bilərsiniz - http://kinotap.com/az/seances/?cinema=8
«28 cinema» oturacaq yerlərinə görə ölkədə ən böyük kinoteatrdır və Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. «28 cinema» «PLATINUM MOVIE SUITES» zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində «Blackberry» restoranı və «Cappuccino coffee house» yerləşir.
 





22.01.2013    çap et  çap et