Vaxt.Az

«Hətta vizaları olsa belə, ...»


 

Tramp müsəlman miqrantlarla bağlı fərman imzalayacaq

«Hətta vizaları olsa belə, ...» ABŞ prezidenti Donald Trampın bu gün immiqrasiya və müsəlman ölkələrindən olan miqrantlara dair fərmanlar imzalayacağı gözlənilir.

Bu barədə «Reuters»ə məlumatlı mənbələrdən bildirilib.

Məlumata görə, Trampın qeyd olunan fərmanları Daxili Təhlükəsizlik Nazirliyində imzalayacağı planlaşdırılır.

Ekspertlərin məlumatına görə, fərmanlarda İraq, İran, Liviya, Somali, Sudan, Suriya və Yəməndən olan qaçqınların və vizası olan şəxslərin ABŞ-a girişinə məhdudiyyətlərin qoyulması nəzərdə tutulub.(APA)

 





25.01.2017    çap et  çap et