Vaxt.Az

Nazirdən yeni təyinatlar


 

6 idarəyə yeni rəis

Nazirdən yeni təyinatlar Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Regional Mədəniyyət və Turizm İdarələrinə rəis təyinatı həyata keçirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin yeni təyinatlarla bağlı müvafiq əmrlər imzalayıb.

Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Vüqar Zeynalov Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin, Mehman Şükürov Sumqayıt Mədəniyyət və Turizm Baş İdarəsinin, Nazim Ağayev Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin, Elnur Hüseynov İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin, Mirvari Zeynalova Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin, Elman Məmmədov Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin olunublar.

 





26.01.2017    çap et  çap et