Vaxt.Az

Gürcüstanda prezident seçkiləri başladı


 

23 namizədin prezidentlik üçün 3.537.719 seçicinin səsi uğrunda mübarizə aparır

Gürcüstanda prezident seçkiləri başladı Gürcüstanın Tiflis şəhərində yerli vaxtla səhər 08:00-da vətəndaşların səsvermədə rahat iştirak etmələri üçün ilk seçki məntəqələri açılıb. ANS PRESS-in məlumatına görə, Gürcüstanda 3.537.719 seçici qeydə alınıb. Səsvermə 3741 seçki məntəqəsində keçiriləcək, onlardan 52-si dünyanın 40 ölkəsində yerləşdirilib. Ancaq Rusiya ilə diplomatik münasibətlər pozulduğu üçün, burada seçki məntəqələri açılmayacaq.
Seçki bülletenlərinə 23 namizəd daxil edilib. Ancaq onlardan biri - gürcü "ənənəçilərinin" lideri Akaki Asatiani, parlamentin keçmiş spikeri, “Demokratik hərakat- vahid Gürcüstan” Partiyasının lideri Nino Burdcanadzenin xeyrinə öz namizədliyini geri götürüb. 
Seçkilər yerli vaxtla, axşam saat 20:00-da başa çatacaq.
 





27.10.2013    çap et  çap et