Vaxt.Az

Zahid Oruc səs verdi


 

«Seçkiyə inamım böyükdür»

Zahid Oruc səs verdi Öz təşəbbüsü ilə prezidentliyə namizədliyini irəli sürən Zahid Oruc ailə üzvləri ilə birgə 23 saylı Nəsimi – Sabail seçki dairəsinin 18 saylı seçki məntəqəsində səs verib. APA-nın məlumatına görə, Z.Oruc jurnalistlərə açıqlamasında seçkinin ədalətli və dinc şəkildə həyata keçirildiyini bildirib: «Hazırkı məlumata əsasən, ölkə üzrə seçicilərin 18 faizi səs verib. Bir namizəd və seçici kimi seçkiyə inamım böyükdür».
Z.Oruc həmçinin kimə səs verdiyinə də münasibət bildirib. O qeyd edib ki, Allahın seçdiyi, xalqın inandığı insana səs verib: «Bir neçə saatdan sonra kimə səs verdiyim məlum olacaq».
Qeyd edək ki, hazırda bu məntəqədə ELS Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən «exit-poll» həyata keçirilir.
 





09.10.2013    çap et  çap et