Vaxt.Az

«TANAP vaxtında tamamlanacaq»


 

İlham Əliyev Dünya Bankının vitse-prezidentini qəbul edib

«TANAP vaxtında tamamlanacaq» Azərbaycan prezidenti İlham Əliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Mülleri qəbul edib.

Dövlət başçısı Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın yaxşı tarixi olduğunu məmnunluqla qeyd edərək, ölkəmizdə Dünya Bankının dəstəyi ilə çoxsaylı əhəmiyyətli layihələrin həyata keçirildiyini dedi və bu layihələrin infrastrukturun müasirləşdirilməsi baxımından önəmini vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanda infrastrukturun inkişaf etdirilməsinin dövlət siyasətinin mühüm hissəsi olduğunu bildirib. Dövlət başçısı, eyni zamanda, Dünya Bankının uğurla icra olunan qlobal əhəmiyyətli «Cənub Qaz Dəhlizi» layihəsinə verdiyi maliyyə dəstəyini yüksək qiymətləndirib. Prezident İlham Əliyev TANAP layihəsi ilə bağlı işlərin də qrafikə uyğun həyata keçirildiyini və vaxtında tamamlanacağını qeyd edib.

S. Müller prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan iqtisadi islahatları yüksək qiymətləndirib.

Söhbət zamanı iqtisadiyyatın şaxələndirilməsi, aqrar sektorda ixrac potensialının artırılması, təhsil sistemində islahatlar və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 





09.02.2017    çap et  çap et