Vaxt.Az

«Uzaq sahillərdə»ki qürurun yubileyi


 

Partizan Mixaylo yaddaşlardadır!

«Uzaq sahillərdə»ki qürurun yubileyi Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı Səfirliyi və Sloveniya Respublikasının Müdafiə Nazirliyi bu il 22 dekabr tarixində İkinci Dünya Müharibəsi zamanı Sloveniya torpaqlarının azadlığı uğrunda faşizmə qarşı döyüşən Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 95 illik yubileyinin keçirilməsinə dair birgə qərara gəlib.
XİN mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar Səfirliyimiz və sözügedən nazirlik tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu xüsusda, Sloveniya Poçtu və AR Rabitə və Texnologiya Nazirliyinin nəzdindəki “Azərmarka” şirkəti tərəfindən Mehdi Hüseynzadənin 95 illik yubileyinə həsr edilmiş poçt markasının, həmçinin sloven yazıçısı Peter Amalettinin Mehdi Hüseynzadəyə həsr edilmiş “Mixaylonun qisası” adlı 2 cildli romanın təqdimatı, eləcə də iki sənədli “Təxəllüsü Mixaylodur” və “Rus batalyonu” adlı filmlərin nümayişi keçiriləcək. Bundan başqa Azərbaycan tərəfindən M.Hüseynzadənin dəfn edildiyi yerdə yeni memorial kompleksinin açılışı da nəzərdə tutulub.
Qeyd olunmalıdır ki, cari ilin 17 noyabr tarixində M.Hüseynzadənin xatirəsinə həsr olunmuş onun həlak olduğu Vitovlye kəndindən dəfn edildiyi Çepovan kəndinədək (17.8 km) marafon keçiriləcək.
 





01.11.2013    çap et  çap et