Vaxt.Az

«Müəllim və dövlət qulluqçularının...»


 

Nazir müəllimlərə fərq qoyulmasından damışdı

«Müəllim və dövlət qulluqçularının...» «Müəllimlərin dövlət qulluqçusu statusuna baxıla bilər. Amma Bakı şəhərində özəl məktəblər də fəaliyyət göstərir. Bu isə ciddi ziddiyyət yaradır. Özəl məktəblərin müəllimlərinin dövlət məktəblərində işləyənlərdən nə fərqi var?!»
Modern.az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov deyib. O, qeyd edib ki, hazırda dövlət qulluqçularının sayı 30 min civarında olsa da, təhsil sahəsində 440 mindən artıq insan çalışır. Odur ki, bu sahədə ciddi, düşünülmüş addımlar atılmalıdır.
Nazir bildirib ki, artıq Təhsil Nazirliyi islahatlara başlayıb və islahatlar nəticəsində müəllim-şagird sayı beynəlxalq standartlara uyğunlaşdırıla bilər: «Bundan sonra müəllimlərin əmək haqqının artırılması məsələsinə baxmaq olar». 
Nazir eyni zamanda bildirib ki, dövlət qulluqçularının maaşının artırılması da nəzərdən keçiriləcək: «Bu il dövlət büdcəsində çalışanların hamısının maaşı artırılıb. Amma 2014-cü ildə dövlət qulluqçularının əmək haqqının artırılmasına yenidən baxa bilərik».
 





04.11.2013    çap et  çap et