Vaxt.Az

PKK-nın 3 şərti var


 

«Terrorla mübarizə qanunu ləğv olunmalıdır» tələbi absurddur

PKK-nın 3 şərti var «Sülh prosesi öldü, amma biz ona yenidən can vermək istəyirik. Təəssüf ki, Türkiyə problemin həlli üçün etdiyimiz bütün təkliflərə xeyr deyir». Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri terror təşkilatı PKK-nın Kandildəki lideri Cəmil Bayık İsveç mediasına açıqlamasında söyləyib.
O, PKK-nın razılaşmanın müddəalarını yerinə yetirmədiyi və PKK silahlılarının yalnız 20 faizinin Türkiyədən çəkildiyi ilə bağlı səslənən iddialarının gerçəkliyi əks etdirmədiyini bildirib. O, PKK-çıların əksəriyyətinin Türkiyəni tərk etdiyini vurğulayıb. C.Bayık müzakirələrin ciddi bir şəkildə yenidən başlanması üçün üç şərtin yerinə yetirilməsinin vacib olduğunu deyib:
«Birinci növbədə Öcalanın vəziyyəti həllini tapmalıdır. O, uzun illərdir ki, vəkilləri ilə görüşə bilmir. İkinci, kürdlərin haqlarını zəmanət altına alacaq bir Konstitusiya lazımlıdır. Üçüncü, terrorla mübarizə qanunu ləğv olunmalıdır».
Jurnalistin bu şərtlərin bir ultimatum olub-olmadığı sualını isə PKK lideri «Biz prosesin sonu üçün konkret bir tarix təyin etmədik. Amma hökumət problemi süründürməməlidir. Türkiyə hələ də kürdlərin bir xalq olduğunu qəbul etmir. Türkiyə bizə öz dilimizdə danışmağımızı qadağan etdi»,- şəklində cavab verib. Ankaranın problemin həllində istəkli olmadığını ifadə edən C.Bayık qeyd edib ki, PKK silahlılarının çəkildiyi bölgələrə türk əsgərləri yerləşdirilib və nümayişlər hələ də zorakılıqla yatırılır.
 





05.11.2013    çap et  çap et