Vaxt.Az

Almanlar ingilis səfiri də sorğu-sual etdi


 

Qərbin qarşılıqlı casus ittihamları dərinləşir

Almanlar ingilis səfiri də sorğu-sual etdi İngiltərənin Almaniyadakı səfiri Simon Makdonald Xarici İşlər Nazirliyinə çağırılaraq, ondan izahat istənilib. Xarici mətbuatın verdiyi məlumata görə, buna səbəb İngiltərə mediasında ingilis kəşfiyyatının Almaniyada casusluq fəaliyyəti ilə bağlı yayılan xəbərlərdir.
Almaniya XİN-in yaydığı açıqlamada bildirilir ki, İngiltərə səfirinin diqqətinə casusluq fəaliyyətinin beynəlxalq hüquqa zidd olduğu catdırılıb. 
ABŞ Milli Təhlükəsizlik Ağentliyinin keçmiş əməkdaşı Edvard Snouden verdiyi açıqlamaların birində qeyd edib ki, İngiltərə kəşfiyyatının Berlində gizli dinləmə mərkəzi fəaliyyət göstərir. 
Qeyd edək ki, 2 həftə əvvəl ABŞ-ın Almaniyadakı səfiri eyni səbəblər üzərindən Xarici İşlər Nazirliyinə çağrılmışdı.
 





05.11.2013    çap et  çap et