Vaxt.Az

Məleykə Abbaszadə Parisə getdi


 

TQDK sədri beynəlxalq konfransda iştirak edəcəkdir

Məleykə Abbaszadə Parisə getdi Noyabr ayının 7-dən 9-dək Təhsildə Qiymətləndirmə üzrə Avropa Assosasiyasının (Association for Educational Assessment-Europe) 14-cü konfransı keçiriləcəkdir. «Beynəlxalq araşdırmalar, digər təcrübələrdən bəhrələnmə siyasəti və milli qiymətləndirmə» mövzusunda keçiriləcək konfrans Fransanın paytaxtı Paris şəhərində təşkil olunacaqdır.
Azərbaycan Respublikasından konfransda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə və Komissiyanın aparat rəhbəri Nərminə Bayramova iştirak edəcəkdir. Konfransda biliyin qiymətləndirilməsi sahəsində təcrübə mübadiləsinin aparılması, milli qiymətləndirmənin təbliği və bu sahədə araşdırmalar, həmçinin ayrı-ayrı ölkələrin təhsil sistemində qiymətləndirmə ilə bağlı mexanizmlər, qayda və standartlar, habelə, müxtəlif qiymətləndirmə sistemlərinin müqayisəli təhlili, müzakirəsi və uyğunlaşdırılması istiqamətində fikir mübadiləsi aparılacaqdır.
 





06.11.2013    çap et  çap et