Vaxt.Az

Əsgərlik yaşı artırılır


 

Daha yetkin yaş ölümlərin sayını azalda bilər

Əsgərlik yaşı artırılır Azərbaycanda həqiqi hərbi xidmətə çağırış yaşının artırılması ilə bağlı təklif gələn ilin əvvəllərində hökumətə təqdim olunacaq. Hərbi mənbələrdən yerli mətbuata verilən məlumata görə, hökumətdə razılaşdırma prosesi keçdikdən sonra təkliflər Prezident Administrasiyasına və prosedura uyğun olaraq mövcud qanunvericiliyə dəyişiklik edilməsi üçün parlamentə təqdim olunacaq.
Təkliflərdə Silahlı Qüvvələrdə çağırış yaşının 19-a qaldırılması əksini tapır. Lakin ilkin müzakirələrdə 20 yaşın daha optimal variant olduğu qeyd edilib.
 





06.11.2013    çap et  çap et