Vaxt.Az

Meksikanın neft ehtiyatları artıb


 

4 milyard barel ...

Meksikanın neft ehtiyatları artıb Meksikanın energetika naziri Pedro Xoakin Kolduell ölkənin perspektivli ehtiyatlarının təxminən 4 milyard barel neft ekvivalenti artdığını bildirib.

«Report» xəbər verir ki, bu barədə o, ölkənin neft sahəsində beşillik planı ilə əlaqədar öz «Twitter» mikrobloqunda yazıb.

«Beşillik plan perspektivli ehtiyatların 38,844 milyard bareldən 42,681 milyard barel neft ekvivalentinə keçmək imkanı verir», - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, 2015-ci ildə təsdiq olunmuş bu plana edilən dəyişikliklər tenderə çıxarılacaq neft sahələrinin 2 faiz artmasına, ölkənin perspektivli ehtiyat həcminin isə 10 faiz artmasına imkan verib. Plana ümumilikdə işlənmə və hasilat üçün cəmi 509 blok və karbohidrogen xammalının hasilatı üçün 82 neft sahəsi daxil olub.

Hazırda Meksika gündə təqribən 2 milyon barel neft hasil edir (dünya üzrə 12-ci yer). Halbuki 10 il əvvəl «Pemex» şirkətinin hasilatı rekord həddə - 3,38 milyon barelə çatmışdı.

 





03.03.2017    çap et  çap et