Vaxt.Az

«Peşəkar, bilikli, təcrübəli, prinsipial və xeyirxah»


 

«Əl-İslah və ət-Tənmiyə» qəzeti: «Mehriban Əliyeva ictimai fəaliyyəti ilə Azərbaycan xalqının böyük rəğbətini qazanıb»

«Peşəkar, bilikli, təcrübəli, prinsipial və xeyirxah» Mərakeşin «Əl-İslah və ət-Tənmiyə» qəzetinin 3 mart tarixli nömrəsində dərc olunmuş məqalədə Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsindən bəhs olunur.

Azərbaycanın Mərakeşdəki səfirliyindən bildiriblər ki, məqalədə Mehriban Əliyevanın peşəkar, bilikli, təcrübəli, prinsipial və xeyirxah insan olduğu diqqətə çatdırılır.

Qəzetin baş redaktoru Əhməd Mitşunun müəllifi olduğu məqalədə Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağı ilə bağlı fikri öz əksini tapıb.

Məqalədə vurğulanır ki, Mehriban Əliyeva öz ictimai fəaliyyəti ilə Azərbaycan xalqının böyük rəğbətini qazanıb.

 





03.03.2017    çap et  çap et